AZ

"Kilsə Ermənistanda siyasi hakimiyyəti dəyişib"

"Kilsə

Ermənistanda "Vətən uğrunda Tavuş" hərəkatı etirazlarını davam etdirir. Erməni Qriqoryan kilsəsi etirazlara rəhbərlik edir. Kilsə Ermənistanda siyasi hakimiyyəti dəyişib, Robert Köçaryan klanını hakimiyyətə gətirməyi hədəfləyir. Keşiş Baqrat Qalatsyanın birbaşa rəhbərlik etdiyi aksiyaların hakimiyyəti devirmək potensiali yoxdur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ və Avropanın Ermənistanda N. Paşinyanın devrilməsinə səssiz qala bilməz. Belə olan təqdirdə Rusiya Cənubi Qafqazda yenidən mövqeyini gücləndirəcək:

"Gürcüstanda və Ermənistanda Qərb və Rusiya arasında meydanlarda toqquşma gedir. Qərb Gürcüstanda müxalifəti, Ermənistanda hakimiyyəti dəstəkləyir. Geosiyasi rəqabət Cənubi Qafqazda həlledici mərhələyə daxil olub. Qərb prosesdə uduzarsa, Rusiya Gürcüstan və Ermənistanda möhkəmlənərsə Azərbaycan üçün də mənfi nəticələri olacaq.

Azərbaycan üçün Gürcüstanda və Ermənistanda Qərbin dəstəklədiyi siyasi hakimiyyətlərin olmasıdır. Bu da regionda sabitləşdirici faktordur. Ermənistanda baş nazir Nikol Paşinyan hərəkətə keçmir. Amma, hakimiyyəti üçün irəliləyən günlərdə problem yaranarsa Yerevan və əyalətlərdə çevriliş əleyhinə izdihamlı mitinqlər təşkil edəcək. Kilsəyə xalqın mümkün hücumlarını da reallaşdıracaq. Hazırda Ermənistanda kilsə siyasi müxalifət yolundadır və siyasi hakimiyyət uğrunda mübarizə aparır. Qərbin təlimatı ilə hərəkət edən N. Paşinyanın kilsə üzərində həlledici qələbə qazanacaq".

Cavid

Seçilən
250
50
xalqcebhesi.az

10Mənbələr