AZ

Mişustin bu qubernatorları nazir gətirir - Siyahı

Rusiya Baş naziri Mixail Mişustin Nazirlər Kabinetinin yeni tərkibininin təsdiqlənməsi üçün siyahını Dövlət Dumasına təqdim edib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mixail Mişustinin siyahısında baş nazirin müavinləri və federal nazirliyə namizədlər yer alıb.
Tam siyahını təqdim edirik:
Baş nazirin müavinləri
- Baş nazirin birinci müavini vəzifəsinə bundan öncə sənaye və ticarət naziri olmuş Denis Manturov təklif olunub;
- Baş nazirin nəqliyyat və logistikanın inkişafı üzrə müavini vəzifəsinə əvvəllər nəqliyyat naziri olmuş Vitali Savelyevin namizədliyi irəli sürülüb;
- Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev baş nazirin kənd təsərrüfatı, aqrar-sənaye kompleksi və ekologiya məsələləri üzrə müavini olacaq;
- Aleksandr Novak baş nazirin müavini kimi iqtisadi bloka nəzarət edəcək;
- Dmitri Qriqorenko təkcə maliyyə və nəzarət sahələrinə deyil, həm də rəqəmsal inkişaf, rabitə və antiinhisar siyasətinin əlaqələndirilməsinə nəzarət edəcək;
- Dmitri Çernışev Təhsil və Elm Nazirliyi, İdman Nazirliyi və turizmlə yanaşı, Maarif Nazirliyi və "Rosmolodyoj”u da kurasiya edəcək. Bununla yanaşı, Çernışev media, dövri nəşrlər və nəşriyyat fəaliyyəti sahəsində koordinasiyasını davam etdirəcək;
- Tatyana Qolikova Səhiyyə Nazirliyi, Əmək Nazirliyi və Mədəniyyət Nazirliyinin fəaliyyətinə cavabdeh olacaq və Millətlər üzrə Federal Agentlik də onun yurisdiksiyasında olacaq;
- Aleksey Overçuk, Yuri Trutnev və Marat Xusnullinin baş nazirin müavinləri postlarında saxlanılması təklif olunub.
Nazirlər
- Rusiya sənaye və ticarət naziri - Anton Alixanov (hazırda Kalininqrad vilayətinin qubernatorudur);
- Nəqliyyat naziri - Roman Starovoyt (Kursk vilayətinin qubernatorudur);
- Energetika naziri - Sergey Çivilev (Kemerovo vilayətinin qubernatorudur);
- Kənd təsərrüfatı naziri - Oksana Lut;
- İdman naziri - Mixail Deqtyarev (Xabarovsk diyarının qubernatorudur);
- Anton Kotyakov - əmək naziri;
- Aleksandr Kozlov- təbiət naziri;
- Sergey Kravtsov – maarif naziri;
- Olqa Lyubimova – mədəniyyət naziri;
- Maksim Reşetnikov – iqtisadi inkişaf naziri;
- Anton Siluanov – maliyyə naziri;
- Mixail Muraşko – səhiyyə naziri;
- İrek Fayzullin – tikinti naziri;
- Valeri Falkov – elm və təhsil naziri;
- Aleksey Çekunov - Uzaq Şərq və Arktikanın inkişafı naziri;
- Maksut Şadayev - rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri naziri.
Qeyd edək ki, Rusiya qanunlarına əsasən, baş nazirin müavinləri və federal nazirlər vəzifəsinə namizədlərin siyahısı baş nazir tərəfindən Dövlət Dumasına göndərilir.
Müdafiə Nazirliyi, FTX, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri Federasiya Şurası ilə məsləhətləşmələrdən sonra prezident tərəfindən təyin edilir.
Seçilən
419
50
aktual.az

10Mənbələr