AZ

Premyer Liqa ilə bağlı yekun qərar verildi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər ki, toplantı 4 saatdan artıq çəkib.

Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul edib.

Bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib. O bildirib ki, klub sayı gələcəkdə artırılacaq.

Beləliklə, 2024/2025 mövsümündə də Misli Premyer Liqasında 10 komanda mübarizə aparacaq.

Bu isə o deməkdir ki, çempionatda sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən I Liqada mübarizə aparacaq. 

Seçilən
277
8
offsideplus.az

9Mənbələr