"Ürəyimdə qalan obrazlar var. Səhvlər etmişəm. Baxmayaraq ki, mənə qadağalar qoyublar. Məni nəinki filmə çəkilməyə, heç dublyaj etməyə də qoymadılar ki, 5 qəpik pul qazanım. Adını çəkmək istəmirəm. Çünki həmin filmə başqa adam çəkilib. Çağırdılar ki, "Mələk" (aktrisanın "Dəli Kür" filmində canlandırdığı obrazın adı - red.) kimi bir obrazdır. Mən də Yusiflə ailə qurmuşdum. Getdiyim adamın da ailəsi var idi. Deyəcəkdilər, obrazında da bu cür etdi. Ona görə də dedim bu rol da olsa, nəsə deyərlər, çəkilmədim. Amma çox böyük səhv etmişəm".
Bakupost.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zemfira Sadıqova "Onunla açıq söhbət" verilişində qonaq olarkən deyib. O, hazırda film sektorunda olan problemlərdən danışıb: "Həmidə Ömərovanın yaradıcılıq gecəsində dedim, səhnəyə çıxmayacağam. İçim o qədər dolu idi. Həmidəyə dedim ki, məni bağışla, səhnəyə çıxmayacağam, özümü pis hiss edirəm. Sənin xətrinə gələcəyəm. Hamı çıxdı danışdı, gördüm otura bilmirəm. Dedim, mən də gəlirəm danışmağa. Səhnəyə çıxıb dedim ki, Azərbaycan kinosu rəhmətə gedib, heç başsağlığı verən də yoxdur.