AZ

Azərbaycanın hokkey komandası Kazanda birinci yeri tutub

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub.

Təmsilçimiz keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.

“Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə iki dəfə (8:3, 7:3) qalib gəlib.

Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.

Seçilən
303
6
cbcsport.az

7Mənbələr