AZ

İngiltərədə yay və qış transferi pəncərəsinin vaxtı açıqlandı

İngiltərə Futbol Liqasının rəsmi saytı növbəti iki transfer pəncərəsinin - 2024-cü ilin yayın və 2025-ci ilin qışının tarixlərini açıqlayıb.

İngiltərədə Premyer Liqasında yay transfer pəncərəsi iyunun 14-də açılacaq və avqustun 30-u yerli vaxtla saat 23:00-da bağlanacaq. Qarşıdan gələn mövsüm üçün qış transfer pəncərəsi 1 yanvar 2025-ci ildə açılacaq və 3 fevral 2025-ci il yerli vaxtla saat 23:00-da başa çatacaq.

2023/2024 mövsümündə İngiltərə Premyer Liqasının ümumi transfer balansı mənfi olub - Premyer Liqa klubları oyunçuların alınmasına oyunçuların satışından əldə etdikləri vəsaitdən 1 milyard 350,6 milyon avro çox xərcləyib. Ümumi dəyər 2,93 milyard avro təşkil edib.

Seçilən
241
1
cbcsport.az

2Mənbələr