AZ

Məleykə Abbaszadə: Qiymətləndirmə prosedurlarına artıq rəqəmsallaşma da daxil olub

Qiymətləndirmə prosedurlarına artıq rəqəmsallaşma da daxil olub.

“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanları mərhələsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gələcəkdə imtahanların daha şəffaf keçirilməsinə kömək edəcək: "İctimai nəzarət bizim üçün çox vacibdir. Əlbəttə bu, asan proses deyil".

DİM sədri bəzən elektron qeydiyyatdan keçməkdə çətinliklərin olması ilə bağlı müraciətlərin daxil olduğunu deyib: "Bu, o qədər də çətin deyil. Çünki proses tamamilə elektrondur. Əlbəttə ali məktəbə hazırlaşan şəxs məsuliyyətli olmalıdır".

phrase_var_article.chosen
253
2
ikisahil.az

10phrase_var_article.sources