Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulacaq.
Sonuncu oyun günündə 1 matç keçiriləcək. Artıq mövsümü sonuncu pillədə başa vuracağı və gələn mövsüm 1-ci liqada mübarizə aparacağı dəqiqləşən "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
19 may (bazar)
16:00. “Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Qəbələ şəhər stadionu
17 may (cümə)
“Qarabağ” – “Turan Tovuz” - 4:3
18 may
"Sabah" – "Sumqayıt" - 2:0
"Səbail" – "Neftçi" - 0:3
"Kəpəz" – "Zirə" - 0:1