AZ

"Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın" - DEPUTAT

"Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın" - DEPUTAT

Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Aviasiya haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, biletlərin qiymətinin baha olması ilə bağlı məsələ deputatları narahat edir: "Müxtəlif aviaşirkətlərin Azərbaycana gəlməməsi də bizi narahat edir. Biz AZAL-da görüşdə bu məsələləri qaldırdıq. Mən Naxçıvandan seçilmişəm. Gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı məsələ qaldıracam ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın. Çünki verilən 5 milyon manat dotasiyanın 20-25 %-i bilet məsələsinə aid edilir, qalan bütün yük AZAL-ın üzərində qalır. Naxçıvan blokadada olduğuna görə bu xərclər dövlət büdcəsi tərəfindən ödənilməlidir. Naxçıvana uçuşlar qaydasına düşüb, ancaq yerdəyişmələr olur.

Seçilən
675
6
sonxeber.az

10Mənbələr