AZ

Azərbaycan XİN: Bütün lazımi dəstəyə hazırıq

“Helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir”
“İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir”.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”, - deyə paylaşımda bildirilir.

phrase_var_article.chosen
210
50
ayna.az

10phrase_var_article.sources