AZ

İran Prezidentinin ölümü: xilasedicilər həlak olanların nəşini qəza yerindən götürüb

İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu və qəzaya uğrayan helikopterin qalıqları hadisədən 12 saat sonra tapılıb.

Prezidentlə birgə xarici işlər naziri Hüseun Əmir-Abdollahian və başqa vəzifəli şəxslərin də həlak olub, İran rəsmiləri bildiriblər.

Dəfn çərşənbə axşamı olacaq. Rəisi Təbrizdə dəfn ediləcək, Tasnim xəbər agentliyi bildirib.

Helikopterin “əlverişsiz hava şəraiti” ucbatından qəzaya uğradığı deyilir.

Videoya Youtube kanalımızda baxa bilərsiniz.

Xilasedicilər həlak olanların nəşini qəza yerindən götürüblər, sosial mediada yayılan kadrlarda göstərilir.

Hadisə Təbriz yaxınlığında baş verib. Rəisi mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşdən qayıdırmış.

3 helikopterdən ikisi sağ-salamat yerə ensə də, prezidentin olduğu helikopterlə əlaqə kəsilmiş və gecə boyu ərazidə axtarış aparılmışdı.

Azərbaycan, Ermənistan və Rusiya öz yardımını təklif etmiş, Türkiyə xilasedicilərini göndərmişdi.

Azərbaycan və Ermənistan rəhbərləri Rəsinin ölümü ilə bağlı başsağlı veriblər.

Seçilən
183
bbc.com

1Mənbələr