AZ

Lukaşenko: “Azad edilmiş ərazilərdə Belarusa da yer verin”

Cümə axşamı günü Azərbaycanda səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə deyib ki, azad edilmiş ərazilərin canlandırılması üçün Belarus əlindən gələni etməyə hazırdır.

Videonu Youtube kanalımızda izləyə bilərsiniz.

Prezidentlərin təkbətək görüşündən sonra mətbuata danışan Lukaşenko İlham Əliyevdən "işğaldan azad olunmuş ərazilərdə yer istədiyini deyib".

"İlham Heydər oğlu ilə təkbətək görüşdə soruşdum ki, əgər orada hansısa bir yer varsa, xahiş edirəm, onu bizə verin. İlham Heydər oğlu da bu fikri dəstəklədi".

Lukaşenko həmçinin qeyd edib ki, "Azərbaycan çox şey əldə edib, lakin ən vacibi özünün ən böyük problemi olan torpaqlarını geri qaytarmağı bacarıb".

İlham Əliyev bildirib ki, o, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında "fəal iştirak etməyə" dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
bbc.com

1Mənbələr