AZ

Ermənistanın Azərbaycana qaytardığı 4 kənd barədə nə bilirik?

  • Müəllif, Aleksey Manvelyan
  • Vəzifə, BBC, Yerevan

Azərbaycan və Ermənistanın Baş nazir müavinlərinin son görüşündə Kirants kəndi üçün 33 il ərzində əlçatmaz olan 25 hektara yaxın kənd təsərrüfatı sahəsinin onlara qaytarılması razılaşdırılıb, – Ermənistanın Baş nazirinin ofisindən yerli mediaya bildiriblər.

Ermənistan mediası Kirants sakinlərinə istinadən yazır ki, həmin ərazi hər zaman ermənilərin nəzarətində olub, lakin təhlükəsizlik məqsədilə minalandığı üçün ondan istifadə edilməyib.

Baş nazir müavinləri çərşənbə axşamı sərhəddə görüşüblər.

Ötən ay Ermənistan 4 kəndi Azərbaycana qaytarmağa razılaşandan sonra iki ölkə sərhədinin delimitasiyasına başlanıb.

Baş nazir müavinlərinin görüşündə o da razılaşdırılıb ki, kənddəki avtomobil yolunun Azərbaycan tərəfinə düşməsi ilə əlaqədar Ermənistan tərəfiə yeni yol çəkiləcək, Ermənistanın Baş nazirinin ofisindən Armenpress-ə deyilib.

O da əlavə edilib ki, delimitasiya zamanı əmlakı zərər görən vətəndaşlara dövlət təzminat ödəyəcək və hökumət nümayəndələri qısa zamanda potensial problemləri müəyyənləşdirməyə və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.

Sərhədlərin delimitasiya və demarkasiyasına etiraz edən Kirants sakinləri mediaya bildirib ki, sphb

Məlumata görə, Voskepar kəndi yaxınlığındakı kilsə və Voskepar və Bağanis arasındakı yol Ermənistan ərazisində qalacaq.

Yaxın 9 gün ərzində Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcəklər, Ermənistan Baş nazirliyinin ofisindən bildirilib.

Azərbaycanın bu məlumatlara hələ ki, şərhi yoxdur. Rəsmi Bakının açıqlamasında yalnız o deyilir ki, kəndlərin sərhəd xətti "1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq" razılaşdırılıb.

Ermənistan Baş naziri Nikol Paşinyan bunu təqdir edərək deyib ki, müstəqillik tarixində ilk dəfə Ermənistanın rəsmi delimitasiya olunmuş sərhədi var və bu, gələcəkdə "Ermənistan-Azərbaycan sərhəd xəttinin hər perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini yüksəldəcək”.

Azərbaycan və Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi ötən ayın axırında quraşdırılıb.

Tərəflər delimitasiya prosesinin ilkin mərhələsində sərhədin ayrı-ayrı hissələrinin Sovet İttifaqı dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, müəyyən olunmuş yerlərdən keçməsini qərarlaşdırıblar.

Razılığa görə, sərhəd xətti Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçəcək.

Rəsmi Yerevan 4 kəndi Bakıya qaytarmağa razılaşmasından sonra Azərbaycanla sərhəd kəndlərdə yaşayan sakinlər etiraza başlayıblar. Sonradan isə Yerevana yürüş edərək aksiyalara burda davam edirlər.

Videoya YouTube kanalımızda baxa bilərsiniz.

Aprelin 20-də Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Tavuş vilayətindəki rus sərhədçiləri çıxarıla bilər.

Rusiya hərbçiləri 2021-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşmalarından sonra orda mövqe tutublar.

Paşinyan deyib ki, vəziyyət əhəmiyyətli şəkildə dəyişir, artıq orda "cəbhə xətti yoxdur" və sərhəd var.

"Sərhəd sülhün əlamətidir, bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər", - Paşinyan deyib.

Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki ölkə arasında həll olunmayan çox məsələlər qalıb.

Sərhədlər müəyyənləşmədiyinə görə, hər iki ölkə bir-birini digərinin ərazisini işğalda saxlamaqda ittiham edib.

Azərbaycan-Ermənistan sərhədində son həftələrdə yenidən gərginlik müşahidə olunub.

Bu gərginlik Azərbaycanın Ermənistandan Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi bəhsi keçən 4 kəndi geri qaytarmasını tələb etdiyi bir vaxtda yaşanıb.

Hazırda bu kəndlərdə yaşayış varmı? Yerevan və Bakı bir-birindən nə istəyir?

BBC News Azərbaycanca bu və digər suallara cavab axtarıb.

Azərbaycan hansı kəndləri geri istəyir?

Azərbaycanın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
bbc.com

1Mənbələr