AZ

Bağırsaq xərçənginin əlamətlərini nəcis vasitəsilə necə müəyyən etmək olar?

Xərçəng xəstəliyi haqqında çox sayda məlumatlandırma kampaniyası təşkil edən, BBC-nin "You, Me And The Big C" podkastını yaradan britaniyalı Deborah James 40 yaşında vəfat edib. O, bağırsaq xərçənginin araşdırılması üçün yüzminlərlə funt sterlinq ianə toplaya bilmişdi. 

Deborah James bu xəstəliyin erkən aşkarlanmasında nəcisə nəzarət etməyin vacibliyinə diqqət çəkirdi. 

BBC-nin səhiyyə məsələləri üzrə müxbiri Philippa Roxby bağırsaq xərçənginin erkən aşkar olunmasına kömək edən məqamlar haqqında yazıb.

Xərçəng xəstəsinə nəyi deməməli?Xərçəng qorxusu: Bir insanın xəstəlikdən əriyib getməsini görəndə mən inancımı da itirirdimQidalanma tərzi xərçəng xəstəliyinə təsir edə bilərmi? Bağırsaq xərçəngindən necə xəbər tutmaq olar?

Üç əsas əlamətə diqqət etmək lazımdır: 

• nəcisinizdə qanın (parlaq və ya tünd qırmızı rəngdə) olmasına;

• tualetə daha tez-tez getmənizə, nəcisinizin həmişəkindən daha bərk və ya daha boş olmasına;

• qarnınız şişmiş və bərk olanda ağrı hiss etmənizə. 

Başqa simptomlar da ola bilər: 

• sürətlə arıqlamanız;

• tualetə gedəndən sonra bağırsağınızın tam boşalmadığını hiss etməniz;

• özünüzü həmişəkindən daha yorğun hiss etməniz və ya başgicəllənmələr.

Qan

Şəklin mənbəyi, Getty Images

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
bbc.com

1Mənbələr