AZ

Qan təzyiqinin aşağı salınmasının ən yaxşı yolu - divara söykənərək oturuş və “plank” hərəkəti

Məqalə barədə məlumatMüəllif, Philippa RoxbyVəzifə, Sağlamlıq üzrə müxbir

Aparılmış elmi araşdırmaya əsasən, əzələ gücünü artıran kürəyi divardan ayırmadan oturuş hərəkəti və “plank” adlanan hərəkəti yerinə yetirmək qan təzyiqinin aşağı salınması üçün ən yaxşı fiziki hərəkət növləridir.

Britaniya tədqiqatçıları hesab edirlər ki, gəzinti, qaçış və velosiped sürməyi nəzərdə tutan hazırki təlimatlara yenidən nəzər salınmalıdır.

“British Journal of Sports Medicine” dərgisində dərc edilmiş təhlilə əsasən, 16 min insan üzərində aparılmış müşahidələr göstərib ki, istənilən fiziki məşq yüksək qan təzyiqini aşağı salır.

Azərbaycanda qızmar yay: İstidən necə qorunmalı? Elmi araşdırma: gündə 11 dəqiqə sürətlə yerimək hər 10 erkən ölümdən birinin qarşısını ala bilər "Pojarnı olmayan" reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun Azərbaycanda niyə qəbul olunmur?

Lakin divara söykənərək oturuş və plank hərəkətləri aerobik məşqlərlə müqayisədə qan təsyiqini daha çox aşağı salır.

Bu izometrik məşqlər əzələləri və oynaqları hərəkət etdirmədən gücü artırmaq üçün nəzərdə tutulub.

Plank mövqeyini tutmaq üçün dirsəklər düz çiyinlərin altında yerləşdirilməlidir, ayaqlar arxa istiqamətdə düz uzadılmalıdır. “Yerdən jim” adlanan hərəkəti xatırladan bu cür mövqe qarın əzələlərini (pressi) gücləndirməyə imkan verir.

sağlamlıq,
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
bbc.com

1Mənbələr