Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.
Xəbərdə o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, mayın 26-da keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” matçına saat 19:30-da start veriləcək.