AZ

Ermənistanın qaytardığı dörd Qazax kəndinə bu gündən Azərbaycan nəzarət edir

Ermənistanın Azərbaycana qaytardığı Qazaxın 4 kəndi artıq Azərbaycanın nəzarətindədir.

Rəsmi Bakı bildirib ki, kəndlərə Azərbaycan sərhədçiləri nəzarət edəcək.

Bu kəndlərlə sərhəd Ermənistan kəndlərini isə yerli milli təhükəsizlik xidmətinin sərhədçiləri mühafizə edəcək.

İki ölkə sərhədlərin müəyyənləşməsinə aprel ayında başlamışdı.

Sərhəd erməni kəndlərinin sakinləri 1 aydı bu prosesə etiraz edirlər.

Erməni mediası bildirib ki, sərhəd Kirants kəndində Azərbaycana qaytarılacaq ərazidə bir sakin yanğın törətməyə cəhd edib. Amma yerli əsgərlər buna mane olub.

Erməni mediası həm də ikisi ev olmaqla 4 tikilinin Azərbaycan tərəfdə qaldığını deyir.

Ermənistan hökuməti əmlak itirənlərə təzminat ödəniləcəyini deyib.

Videoya YouTube kanalımızda baxa bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
bbc.com

1Mənbələr