"Real Madrid"in fransalı yarımmüdafiəçi Aurelien Tçuameni "Borussiya Dortmund"la Çempionlar Liqasının finalını buraxacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
"O, finalda meydançaya çıxmayacaq, AVRO-2024-ə qədər diqqətini bərpa etməyə yönəldəcək", - deyə o bildirib.
Xatırladaq ki, Tçuameni UEFA Çempionlar Liqasının 1/2 finalında "Bavariya" ilə cavab oyunundan (2:1) sonra sol ayağından zədələnib.
İspaniya nəhəngi UEFA Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londonda baş tutacaq.
Qeyd edək ki, bu mövsüm Aurelien 38 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.