Türkiyədə məktəblərdən birində əyləncənin sonu faciə ilə bitib.
BAKU.WS xəbər verir ki, Düzcedə Işık orta məktəbində oxuyan 8 yaşlı Eftelya K. sinif yoldaşları ilə birlikdə yeməkxanadan hamburer alıb.
Daha sonra onlar öz aralarında "Sürətli hambuger yemək" yarışı keçiriblər.
Bu zaman yemək Eftelya K-nin nəfəs borusuna qaçıb. Müəllimlər və şagirdlər ona ilkin müdaxilə edərək həyatını xilas etməyə çalışıblar.
Daha sonra təcili tibbi yardım çağırılıb. 8 yaşlı şagird Atatürk Dövlət Xəstəxanasına yerləşdirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq o vəfat edib. Övladının ölüm xəbərini alan valideynlər xəstəxananın qarşısında infarkt keçiriblər.
Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.