AZ

Ən məşhur Avropa təyyarəsinin adındakı “neo” suffiksi nə deməkdir?

Ən populyar Avropa təyyarəsi “A320” adlanır və “Airbus” şirkəti tərəfindən istehsal olunur. Təyyarənin yeni modifikasiyası isə “A320neo” adlandırılıb. Bu üç hərfli suffiks nə deməkdir və məşhur “Matriks” filmlər seriyasının baş qəhrəmanının adı ilə əlaqəsi varmı?

Əslində “A320neo” təyyarəsinin adındakı “neo” suffiksi ingilis dilindən tərcümədə yeni mühərrik variantı (NEO - New Engine Option) deməkdir. Bu adın “Matriks” filminin qəhrəmanı ilə heç bir əlaqəsi yoxdur.

“A320neo” ilə “A320” təyyarəsinin əvvəlki versiyası arasındakı əsas fərq yanacaq istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yeni güc qurğusunun olmasıdır.

Köhnə və yeni modeli ayırd etməyi asanlaşdırmaq üçün “Airbus” şirkəti təyyarənin əvvəlki versiyasının adını dəyişdirərək “A320ceo” qoyub, “CEO” ingilis dilindən tərcümədə cari mühərrik variantı (Current Engine Option) deməkdir.

Bundan sonra bu fərqləndirmə sayəsində sərnişinlər aviabilet alarkən cədvəldə “A320neo” və ya “A320ceo” təyyarəsini gördükdə dərhal hansı nəsil təyyarə ilə uçacaqlarından xəbərdar olacaqlar.//Azərtac
 

Seçilən
198
50
valyuta.az

10Mənbələr