Dünyanın 1 nömrəli “Filenin Sultanları”nın Millətlər Liqası macərası ABŞ-da davam edir.
Ay-ulduzlular 2-ci həftənin ilk oyununda 30 mayda Almaniya ilə qarşılaşacaq.
Texas ştatındakı “College Park Center”də oynanılacaq qarşılaşma 22.30 GMT-də başlayacaq və TRT 1-də canlı yayımlanacaq.
Türkiyə Millətlər Liqasının ilk həftəsində keçirdiyi 4 matçdan 2-də qalib gəlib.
Fransa və Hollandiyaya qalib gələn Türkiyə millisi Yaponiya və İtaliyaya məğlub olub. 7 xal toplayan ay-ulduzlular komandası 7-ci pillədə qərarlaşıb.