AZ

“Olimpiakos” UEFA Avropa Konfrans Liqasının qalibi oldu

UEFA Avropa Konfrans Liqasının qalibi müəyyənləşib.

Yunanıstanın "Olimpiakos" və İtaliya təmsilçisi "Fiorentina" klublarının üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.

Afinadakı "AEK Arena"da baş tutan matçın əsas vaxtı 0:0 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan El Kaabi "Olimpiakos"un qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, "qırmızı-ağlar" tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Avropa Konfrans Liqasının qalibi adını qazanıb.

Seçilən
213
11
cbcsport.az

10Mənbələr