Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatı davam edir.
Kişilərin 25 m məsafədən tapança ilə atəş aşma yarışına yekun vurulub.
Azərbaycanı çempionatda Ruslan Lunyov təmsil edib. 577 xal toplayan snayperimiz təsnifat mərhələsində 17-ci yeri tutub.
Qeyd edək ki, qadınların eyni növdə yarışında Nigar Nəsirova 573 xalla 36-cı olub.