Əncir yarpağının inanılmaz faydaları
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi tibbi araşdırmalar nəticəsində sübut olunub ki, əncir yarpağı müalicəvi xüsusiyyətlərinə görə meyvəsindən daha faydalıdır.
Axar.az xəbər verir ki, kalsium baxımından zəngin olan əncir yarpağı sümüklərin güclənməsində olduqca böyük təsirə malikdir. Böyümə çağında olan uşaqların daha güclü sümük quruluşuna sahib olmaları üçün əncir yarpağından istifadə etmələri məsləhətdir.
Tərkibindəki fisin sayəsində damarlardakı trombları əridir, yeni trombların yaranmasının qarşısını alır. Bununla da infarkt və insult riskini azaldır.
Əncir yarpağı qanda şəkərin miqdarını tənzimləyir. Diabet xəstələri həkim məsləhətindən sonra əncir yarpağının dəmləməsindən istifadə edə bilərlər.
Dəmlənmiş əncir yarpağı qanda xolestrin və triqliseridlərin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərindən qoruyur. Buna görə də əncir yarpağından hazırlanmış çay ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox faydalıdır.
Həmçinin sızanaq, iltihab, çiban, ziyil kimi bir çox dəri problemlərinin müalicəsində də istifadə olunur. Əsasən iltihablı sızanaqların qurumasında və daha tez sağalmasında əncir yarpağından hazırlanan kremlər məsləhət görülür.
Əncir yarpağından çay hazırlamaq üçün 0,5 litr suya 2-3 əncir yarpağı əlavə edib, 25-30 dəqiqə dəmləmək lazımdır.
Əncir yarpağı həm də xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
Onu da xatırladaq ki, təbii müalicə üsullarından heç bir xroniki xəstəliyi olmayan insanlar istifadə edərsə, bir çox xəstəliklərin yaranmasının qarşısını almış olarlar. Ancaq xəstəlik yarandıqdan sonra həkim məsləhəti olmadan bu kimi təbii müalicə üsullarından istifadə etməklə həyatınızı təhlükəyə atmış olarsınız. Yaxşı olar ki, müalicəyə başlamadan əvvəl həkiminizlə məsləhətləşəsiniz.
- Sağlamlıq
- 30 May 2024