AZ

Saçların erkən ağarması. SƏBƏBLƏR VƏ HƏKİM TÖVSİYƏLƏRİ

Saçların ağarması ümumilikdə bir irsi haldır, yəni daha çox genetik amillərdən asılıdır. Valideynlərdə erkən yaşlarda saçlar ağarırsa, demək, bu sizdə də özünü göstərə bilər.

Saçların ağarması tək-tək formada 30 yaşdan sonra, sürətli ağarma 50 yaşdan sonra müşahidə olunur.

Qeyri-düzgün qidalanma, tək pəhrizlər (hər hansı 1 məhsulla qidalanma), vitamin və mikroelementlərin çatışmazlığı da saçların erkən ağarmasına gətirib çıxarır. Bu səbəbdən saçların ağarmasının qarşısını almaq üçün sağlam qidalanmaq lazımdır.

Saçların ağarmasını ləngidən qidalar arasında: kərə yagı, pendir, ət, toyuq, dəniz məhsulları, süd və süd məhsulları, şokalad, qoz, qara çörək otu və s.

Qızardılmış və yağlı qidalar, ədviyyatlı və turşulu yeməklər, spirtli içkilər, qəhvə, siqaret əksinə saçların ağarmasını tezləşdirir.


Saçların erkən ağarması bəzi xəstəliklər və pozulmalarla əlaqəli ola bilər:

- Gizli şəkər

- Stress, əsəb, üzüntü

- Miqren

- Yetərsiz bəslənmə

- Qan azlığı

- Vitamin, mineral eksikliyi

- Piqmentasiyanın pozulması (vitiliqo)

- Qalxanabənzər vəzin funksiyasının pozulması


Saçların erkən ağarması bir sıra xarici faktorlarla da əlaqəli ola bilər:

- Tək pəhrizlər

- Qaynar suda yumaq

- Hər gün fendən istifadə

- Erkən vaxtda saç boyasında istifadə

- Siqaret çəkmək

- Hovuzun xlorlu suyu

- Aşırı qəhvə, çay, spirtli içkilərin qəbulu

- Çox yaglı, qızardılmış, ədviyyatlı yeməklər

- Qeyri-normal yuxu rejimi

- Az maye qəbulu


Saçların erkən ağarmasının qarşısını almaq üçün tövsiyələr:

- Saçlar vaxtından əvvəl ağarmağa başlayarsa, həkim trixoloqa (saç üzrə mütəxəssis) müraciət etmək məsləhətdir. Səbəbi aydınlaşdırılıb, dəqiq diaqnoz qoyulduqdan sonra vaxtında müalicə olunsa saçlar öz rəngini bərpa edir. Həkim trixoloq saçı bəsləyən və onlara rəng verən maddələr - melanositlərin miqdarını normaya salan, saçların ağarmasını ləngidən özəl inyeksiyalarla kompleks müalicə aparır.

- Ev şəraitində xına ilə qarışdırılmış yoqurtu 2 saat baş dərisində saxlamaqda fayda var.

- Xına tozunu hint yağı və limon suyu ilə qarışdırıb baş dərisində 1 saat saxlamaq erkən saç ağarmasının qarşısını alır.

- Südlə baş dərsini müntəzəm olaraq massaj edin.

- Qara istiota qatılmış 100 qram kəsmik qarışığını baş dərisinə yeritməklə müsbət nəticələr əldə etmək olur.

- Əgər ailədə genetik olaraq saçların erkən ağarması varsa, saç boyamasını 30 yaşlarına qədər saxlamaq lazımdır.

- İdman, sağlam həyat tərzi orqanizmdə qocalma proseslərini ləngidir.

- Streslərdən mümkün qədər uzaq durmağa çalışın.

Seçilən
119
17
kanal.az

10Mənbələr