AZ

Premyer-liqa klubundan növbəti transfer

"Araz-Naxçıvan" növbəti futbolçu transferini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, Muxtar Respublika təmsilçisi "Turan Tovuz"da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalayıb. Bir illik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək. O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

Seçilən
153
16
football-plus.az

10Mənbələr