AZ

Asif Şirəliyev Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat aldı

Azərbaycanın güləş hakimi Asif Şirəliyev bu ilin yayında Fransada təşkil olunacaq Yay Olimpiya Oyunlarına (Paris-2024) təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq. Azərbaycanlı referi karyerasında ikinci dəfə belə bir şans qazanır.

I-S kateqoriyalı referi Asif Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.

Seçilən
126
21
arena.az

10Mənbələr