AZ

Fərrux Mahmudov "Neftçi"dəki postundan ayrılıb

“Neftçi”nın baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Bu barədə “ağ-qaralar” açıqlama yayıb.

Bakı təmsilçisi fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə sabiq baş icraçı direktora təşəkkür edib, gələcək karyerasında uğurlar diləyib.

Qeyd edək ki, Fərrux Mahmudov 2023-cü ilin iyulundan klubun baş icraçı direktoru seçilib. “Neftçi” isə son mövsümü Premyer Liqada 5-ci yerdə başa vurub və avrokuboklardan kənar qalıb.

Seçilən
97
26
cbcsport.az

10Mənbələr