AZ

Malik Həsənov: “Paris-2024-də yeni tarix yazacağıma söz verirəm”

“Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etdim”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin boksçusu Malik Həsənov (63,5 kq) deyib.

O, Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində lisenziya qazanmasının sevincini bölüşüb. Avropa üçüncüsü bu yolda ona dəstək olan bütün bokssevərlərə və Azərbaycan xalqına təşəkkür edib: “Güclü rəqiblərlə qarşılaşdım. Hamısını məğlub etdim. Bura gələndə söz vermişdim ki, lisenziyanı qazanacam. Sözümə sadiq qaldım. Paris-2024 Yay Olimpiya Oyunlarında da yeni tarix yazacağıma söz verirəm. Gözlə məni, Paris!”.

Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya mübarizəsini davam etdirirlər.

İdman.biz

Seçilən
157
42
idman.biz

10Mənbələr