AZ

“Kamilə görə mənə 8 il iş verdiniz!” – Qalmaqallı məhkəmə

İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.

Medianews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz”, – deyə E.Ağayev hökmə etiraz edib.

Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.

Seçilən
763
45
medianews.az

10Mənbələr