AZ

Qızıl Avropa Liqası: Azərbaycan millisi Lüksemburqa uduzub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirib.Elchi.az  xəbər verir ki, yığma Lüksemburqla qarşılaşıb.Estoniyada baş tutan görüş rəqibin qələbəsi ilə bitib – 3:2 (25:20, 22:25, 21:25, 25:17, 25:11).Qeyd edək ki, kişi voleybolçularımız buna qədər beş oyun keçirib. Komanda Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub. Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudur. Yarışın reqlamentinə əsasən, ən yaxşı dörd komanda “dördlər finalı”na yüksələcək.Havar Şəfiyeva

Seçilən
167
13
elchi.az

10Mənbələr