Alimlər bildirirlər ki, 2024-cü ilin yay ayları maqnit qasırğaları ilə müşayiət olunan Günəş aktivliyinin pik nöqtəsi olacaq.Bakuinfo.net metbuat.az-a istinadən xəbər verir ki, alimlər iyun ayında bir sıra maqnit qasırğalarının olacağını, iyunun 16-17-də aktivliyin pik nöqtəyə çatacağını proqnozlaşdırırlar (G4). Bundan başqa, 1-2 iyun (G3), 8-12 iyun, 19-20 iyun, 23 iyun, 28-29 iyun tarixlərində daha az intensiv qasırğalar gözlənilir.Bundan əlavə, Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, Yerin maqnitosferi iyunun 4-də və 7-də, həmçinin bu ayın ortalarında - iyunun 13-14-də sakit olacaq.Həmçinin 2024-cü ilin iyununda planetlərin paradını və Günəş aktivliyinin 11 illik dövrünün zirvəsini görəcəyik. Bu məlumat Günəş ləkələri məlumatları və Kosmik Hava Proqnozları Mərkəzinin proqnozları ilə təsdiqlənir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta