Bosniya və Herseqovinada minifutbol üzrə Avropa çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi yarışda ilk oyununu bu gün Belçikaya qarşı keçirib.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Yığmamız ilk turda inamlı qələbə qazanıb. Komandamız rəqib qapısından 3 cavabsız top keçirib. Millinin heyətində Vüsal İsayev (2 dəfə) və Samir Həmzəyev fərqləniblər.

F qrupun digər matçında isə Fransa İtaliya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Elşad Quliyevin komandası iyunun 3-də İtaliya, ertəsi gün Fransa yığması ilə qarşılaşacaq.

Avropa çempionatı
F qrupu
13:00 Azərbaycan – Belçika - 3:0
Qollar: 
Vüsal İsayev, 25+1; 35. Samir Həmzəyev, 39