AZ

Evdə 47 yaşlı qadının çürümüş meyiti tapıldı


Bakıda evdə çürüməyə məruz qalmış meyit tapılıb.

Faktmedia Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 3-ü saat 01 radələrində Sabunçu qəsəbəsi E.Mehtiyev küçəsindəki evdə qeydə alınıb.

1977-ci il təvəllüdlü Nəzrin Ağayevanın çürüməyə məruz qalmış meyiti aşkar edildikdən sonra aidiyyəti qurumlara məlumat verilib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
63
10
faktmedia.az

10Mənbələr