AZ

Evdə 47 yaşlı qadının çürümüş meyiti tapıldı

Bakıda evdə çürüməyə məruz qalmış meyit tapılıb.

Sabah.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 3-ü saat 01 radələrində Sabunçu qəsəbəsi E.Mehtiyev küçəsindəki evdə qeydə alınıb.

1977-ci il təvəllüdlü Nəzrin Ağayevanın çürüməyə məruz qalmış meyiti aşkar edildikdən sonra aidiyyəti qurumlara məlumat verilib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
66
10
sabah.az

10Mənbələr