AZ

Bank kartlarının soyulması davam edir – Külli miqdarda vəsait oğurlandı

“Kiber cinayətkarlığın yeni forması müşahidə olunur. Hər bir vətəndaş diqqətli olmalıdır”.

“AzPolitika” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəsisi, polis polkovnik-leytnantı Elşad Hacıyev bildirib. 

Yeni dələduzluq faktları barədə məlumat verən nazirliyin rəsmisi, son günlərin statistik məlumatlarını açıqlayıb: “İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb”.

DİN rəsmisi əlavə edib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.

“AzPolitika.info”

Seçilən
107
28
azpolitika.info

10Mənbələr