Azərbaycan atleti Elmir Əskərov Macarıstanın Balatonfüred şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanıb. Azərbaycan Atletika Federasiyasından SİA-ya verilən məlumata görə, o, 40-44 yaş qrupundan olan idmançılar arasında yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Elmir Əskərov iki gün davam edən turnirdə 327 kilometr nəticə ilə 200 mil məsafəyə beynəlxalq normativi yerinə yetirib.