AZ

Hansı "iPhone" modellərinin iOS 18 alacağı açıqlandı

"Apple" iyunun 10-da iOS 18-i təqdim edəcək və burada əsas diqqət süni intellektin sistemə inteqrasiyasına yönəldiləcək. Valyuta.az xəbər verir ki, “MacRumors” portalı "Bloomberg" jurnalistinin məlumatlarına əsaslanaraq, ən son iOS 18-i alacaq cihazların ilkin siyahısını tərtib edib.

Güman edilir ki, iOS 18 iOS 17 ilə eyni "iPhone" modellərinə uyğun olacaq. Beləliklə, artıq bu yay yeni əməliyyat sisteminin beta versiyaları "iPhone XR", Xs, 11, ikinci nəsil "iPhone" sahiblərinə çatmağa başlayacaq.

Şayiələrə görə, iOS 18 iki növ süni intellekt funksiyası alacaq. Biri cihazda lokal olaraq, digəri isə daha təkmil imkanlara malik olan hissə "Apple" serverlərində işləyəcək. Bu baxımdan bəzi yeniliklər 8 GB əməli yaddaşa və güclü "Apple A17 Pro" çipinə malik "iPhone 15 Pro"dan başlayaraq yalnız güclü smartfon sahibləri üçün əlçatan olacaq.

Süni intellektin "iPad" planşetlərində və "Mac" kompüterlərində işləməsi üçün yüksək sistem tələbləri də olacaq və buna görə də "Apple" M1 çipi və ya daha yenisi əsasında qurulmuş cihaz tələb olunacaq. Bu cihazların hamısı ən azı 8 GB RAM ilə təklif olunur.

Paşa Məmmədli

Seçilən
101
16
valyuta.az

10Mənbələr