AZ

Həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar mediaya açıqlandı

05 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) birgə mətbuat konfransı keçiriblər.

Konfransda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.

Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev və ASA-nın icraçı direktoru Elmar Mirsalayev, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri çıxışlar edərək həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyətindən söz açıblar. Müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminliklərini vurğulayıblar.

Çıxışçılar bildiriblər ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığını təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
106
4
banco.az

5Mənbələr