AZ

Noxud orqanizmi hansı xəstəliklərdən qoruyur?



Noxud təbiətin bəxş etdiyi ən şəfalı qidalardan biridir. Təəssüf ki, ölkəmizdə noxuddan elə də geniş şəkildə istifadə edilmir. Məsələn, küftə və dovğanın əsas kompenentlərindən biri olsa da, başqa yeməklərə nadir hallarda əlavə edilir.


Publika.az-ın təqdim etdiyi bu yazıdan sonra noxuddan daha çox istifadə etmək istəyəcəksiniz.


Noxud bol kalorili qida hesab edilir. 100 qram noxud 360 kaloridir. Ancaq ideal çəkidə qalmaq istəyənlər noxuddan vaz keçməməlidir. Çünki noxud toxluq hissi yaradaraq gün ərzində çox yeməyin qarşısını alır. 360 kalorini zərərli maddələrlə dolu olan hazır qidalardan və ya şirniyyatlardan almaqdansa, noxud yemək daha ağıllı seçimdir.


Noxud bol miqdarda nişasta və azot ehtiva edir. B vitamini, həmçinin, zülal qaynağıdır. Dəmir, kalsium və fosfor kimi minerallarla zəngindir.


Noxudun faydalaırnı saymaqla bitməz. Bədəni qüvvətləndirir, enerji verir, iştahanı açır, ana südünü isə artırır.


Mədəyə xeyirlidir, bağırsaqların işini asanlaşdırır, sidik qovucudur.


Zehni yorğunluğu aradan qaldıran noxud yaddaşı gücləndirir, öyrənməyi asanlaşdırır.


Səsi açır, öskürəyi kəsir.


Esterogen hormonunu tarazlaşdırdığı üçün xüsusilə, klimaks dövründəki qadınlar gündə yarım stəkan noxud yeməlidirlər.


Noxud hər kəs üçün şəfa qaynağı olsa da, əın çox qadınlara yararlıdır. Belə ki, onları ölüm təhlükəsiylə üz-üzə qoyan döş xərçənginin əsl düşmənidir.


Noxud cinsi gücü artırır.


Həftədə iki dəfə noxud yemək şəkər xəstəliyinin qarşısını alır.


Noxud bağırsaqda olan zərərli bakteriyaların inkişafına mane olur. Orqanizm üçün faydalı bakteriyaları isə qoruyur.


Təzyiqi tənzimləməyə kömək edir.


Bir çox vitamin və minerallarla zəngin olan noxud immunitet sistemini gücləndirir. Xəstəliklərə tutulma riskini azaldır.


Bol miqdarda lif ehtiva edir.


Fosforla zəngin olduğu üçün dişlərin sağlamlığına yaxşı təsir edir.


Sümükləri və dişləri gücləndirir.


Xoşbəxtlik hormonlarının səviyyəsini artırdığından özünüzü daha sağlam və dinc hiss etməyinizə səbəb olur.


Depressiyaya meyilli insanlara noxud yemək tövsiyə edilir.


Xolesterini aşağı salır.


Noxud ürəyin də dostudur. Ürək xəstəliklərinə tutulma riskini azaldır. İflic və infarkt riskini aradan qaldırır.


Həzm sisteminə yaxşı təsir etdiyi üçün qəbizliyi önləyir.


Hər şey kimi noxudun da çoxu zərərlidir.


Noxud qarında qaz yığılmasına səbəb ola bilir. Mədə problemi olanlara noxud yemək məsləhət deyil.

Seçilən
27
kanal.az

1Mənbələr