Avqust ayında ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova ailə həyatından danışıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan müğənni, yeməkləri özünün hazırladığını bildirib.
Qonaq qarşılamağı sevdiyini deyən Aysun, həyat yoldaşının ona restoran açmağı təklif etdiyini deyib:
"Evdə köməkçim yoxdur, hər işimi özüm edirəm. Həftədə bir dəfə qadın gəlir paltar ütüləməyə kömək edir. 15-20 dəqiqə ərzində yemək hazırlaya bilirəm. Yoldaşım da hər dəfə deyir ki, gərək sənə restoran açaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun