Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Arif Əsədovun rəhbərlik etdiyi yığmamız Albaniya ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu Macarıstanda baş tutacaq. Qarşılaşma Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində gerçəkləşəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç “Haladas SportKomplexum”da təşkil olunacaq. Görüş "CBC Sport"la canlı yayımlanacaq.
Qeyd edək ki, yığmamız növbəti oyununu iyunun 11-də Macarıstanda Qazaxıstana qarşı keçirəcək.
Yoldaşlıq oyunu
7 iyun
21:00. Albaniya – Azərbaycan
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey. “Haladas SportKomplexum”