Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət komandalar arasına Avropa kubokunun Ermənistan – Azərbaycan matçının ən məhsuldar oyunçuları bəlli olub.
Kosovonun paytaxtı Priştinadakı görüşün qəhrəmanı Amil Həmzəyev olub.
O, təsnifat mərhələsinin I turunun matçında 9 xal toplayıb. Amil yığmamızın 21:9 hesabı ilə qalib gəldiyi görüşdə təkbaşına rəqib qədər xal yığıb.
Qələbəyə Cordan Deancelo Devis 7 xalla töhfə verib. Ender Poladxanlı 3, Cəbrayıl Əkbərov 2 xalla yadda qalıb.
Millimiz 4 ikixallıq, 11 birxallıq və 2 cərimə atışı ilə “21”ə çatıb. İkixallıqlara 3 dəfə Amil, 1 dəfə Cordan sevinib. Cərimələri isə Həmzəyevlə Əkbərov xala çevirib.
Qeyd edək ki, yığmamız bu gün daha üç oyun keçirəcək.