AZ

Şampuna 3 damcı əlavə edin! - Ekzema, qaşınma və səpgidən əsər-əlamət qalmayacaq

Ekzema ciddi bir dəri problemidir. Ekzemanın simptomlarına qaşınma, quruluq və qızartı daxildir. Bu tip problemlər xüsusilə saç dərisində baş verdikdə vəziyyət daha çətin hal alır.

Medicina.az xəbər verir ki, şam ağacı qozasından əldə edilən yağ bu problemlərdən asan şəkildə xilas olmağı vəd edir.

Şam qozası yağının ekzema ilə yanaşı, sızanaq, “rozasea” və göbələklərin müalicəsində də təsirli olduğu bilinir.

Bəs bu yağdan necə istifadə etmək lazımdır?

Mütəxəssislər çox güclü olduğu üçün bu yağı birbaşa saça tətbiq etməyi məsləhət görmürlər. Ən asan üsul istifadə etdiyiniz şampuna yağdan bir neçə damcı əlavə etməkdir. Ancaq daha tez nəticə əldə etmək üçün aşağıdakı üsulu da sınaya bilərsiniz:

Bir qabda suyu qaynadın və içərisinə bir neçə damcı şam qozası yağı əlavə edin. Daha sonra üzünüzü və baş dərinizi buxara tuta bilərsiniz.

Bu prosedur saç follikullarının qidalanmasında böyük əhəmiyyətə malikdir. Canlı və parlaq saçlara sahib olmaq imkanı verir.
Seçilən
63
7
kanal.az

10Mənbələr