AZ

Azərbaycanda yayılan qarayaraya xəstəliyi nədir?- Açıqama

Azərbaycanda yayılan qarayaraya xəstəliyi nədir?- Açıqama

Qarayara və ya Sibir yarası kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik növüdür. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Son günlər bu xəstəlik Azərbaycanda da yayılmağa başlayıb.Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də qarayara xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.Bəs bu qarayara xəstəliyi necə yaranır.

Məsələ ilə bağlı İnfeksionist-hepatoloq dr. Mərdan Əliyev Sonxeber.az-a açıqlama verib.

İnfeksionist bildirib ki, bu xəstəlik heyvanlardan insanlara keçir:

"Qarayara bakteryal bir infeksiyadır. Heyvanlardan insanlara keçir. Hazırda rayonda belə bir hall aşkarlanıb. Ona görə də baytarlıq nəzarət sistemi güclənməlidir. Heyvanlar müayinə olunmalıdır. Xəstə heyvanlar müalicə olunmalıdr. Bu xəstəlik heyvanlardan insanlara keçdiyi üçün bunun qarşısının alınmasında əsas məsələ heyvanlarım müayinəsi və müalicəsidir".

Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb, yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.

Seçilən
146
1
sonxeber.az

10Mənbələr