AZ

Taksi sürücüləri də gileylidir, sərnişinlər də..

"Mən hər gün Sumqayıtdan bir manatlıq taksi ilə Bakıya işə gəlirdim. Taksilərin dəyişdiriləcəyinə dair xəbərlər çıxandan taksi qiymətləri yüksəlib. İndi 1 manatlıq taksilər 2-3 manatlıq olub. Evim şəhərdən kənardadır. Şəhər mərkəzindən evimə gedib, gəlmək üçün də taksi çağırırdım. Elə xoşbəxt olmuşdum ki, bizim dağılmış, itib-batmış küçələrimizə də taksi gəlir. Bir az rahat olmuşduq. Qiymətlər də münasib idi. İndi çağırırsan , taksi gəlmir. Gələndə də həmişə 2-3 manat olan yol pulu indi 6-7 manat olub. Bu insafdır?”.

Bu Hit.az-a daxil olmuş oxucu şikayətidir. 

Zərifə Məmmədova belə yazır. Zərifə xanım kimi eyni şikayətdə olan yüzlərlə insan var.

Taksi sürücüləri də giley güzar edirlər.

Taksi sürücüsü Məmmədağa Həsənli isə deyir ki. bir təhər pul toplayıb, taksi sürmək üçün “Pirius” alıbmış:

“İndi deyirlər köhnə maşınları xətdən yığışdırılacaq. Bəs bu kasıblar nə eləsin? Hələ borc ödəyirik. Sahibkarların pulu var , maşınları dəyişə bilir, bəs bir maşını zorla alan, imkansızlar nə eləsin? İş yoxdur, gözümüzü tikmişdik taksiyə. İmtahan vermişik, sertifikat almışıq, indi bunlar hamısı atılacaq kənara?”. 

Bu da sürü şikayətidir.

Sərnişin olaraq mənim də şikayətim var. Hər gün taksilərdən mən də istifadə edirəm. Bəli qiymətlər indidən qalxıb. Belə çıxır ki. qiymətlərin qaldırılması rəsmən elan olunanda bir də qiymət qalxacaq. Ondan sonra da əlvida taksi, əlvida rahat geliş-gəliş. Bu işi kim yoluna qoyacaq?

Aynur

Seçilən
131
50
hit.az

10Mənbələr