AZ

"Qarabağ"ın hazırlıq planı müəyyənləşdi

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Milli komandaların üzvü olan futbolçular Ağdam təmsilçisinin hazırlığına ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. "Qarabağ" iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.

Qeyd olunub ki, texniki heyət tərəfindən komandanın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Seçilən
131
15
football-plus.az

10Mənbələr