Dövlət İmtahan Mərkəzinin açılqamasına əsasən, 2024-cü il iyulun 14-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin 2024-cü il üzrə imtahan cədvəlində ilk imtahanın 14 iyul yox, 28 iyulda keçirilməsi nəzərdə tutulurdu. Göründüyü kimi, imtahanın vaxtı iki həftə öncəyə yəni 14 iyul 2024-cü il tarixinə təyin edilib.Qeyd edək ki, İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 1 iyul saat 23:59-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS. Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər. İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından "İmtahana buraxılış vərəqəsi"ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər. Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected] ünvanına göndərə bilərlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta