AZ

Bayram günlərində işləyəcək bank, poçt və valyutadəyişmə məntəqələri - SİYAHI

Bayram günlərində Azərbaycanda fəaliyyət göstərəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb.15-19 iyun tarixlərində, qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək."Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək" - AMB-dən bildirilib.Bayram günlərində fəaliyyət göstərəcək bank filialları, poçt və valyuta mübadilə məntəqələri ilə aşağıdakı linklərdən tanış olmaq olar. Banklar"Azәrpoçt" MMCValyuta mübadilə məntəqələri

Seçilən
136
avropa.info

1Mənbələr