AZ

Kiyevdə qazaxıstanlı tənqidçi jurnalist güllələnib

İyunun 18-də Kiyevdə naməlum şəxs iki nəfərin olduğu avtomobilə atəş açıb və sonra da qaçıb. Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Atəş açan şəxsin axtarışları davam etdirilir. Onun kimliyi ilə bağlı hələlik məlumat yoxdur. “RBC-Ukrayna”, habelə bir sıra Teleqram kanalları Ukraynada yaşayan qazaxıstanlı jurnalist və müxalifət fəalı, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi tənqid etməklə tanınan Aydos Sadıqova atəş açıldığını bildiriblər. Sadıkov Tokayevi rusiyapərəst mövqedə ittiham edir. Ukrayna Baş Prokurorluğu soyadlarını çəkmədən Qazaxıstan vətəndaşına, Ukraynada qaçqın statusu olan jurnalistə sui-qəsd olunduğunu təsdiqləyib. Məlumatda bildirilir ki, sui-qəsd nəticəsində jurnalist ağır yaralanıb və hazırda xəstəxanadadır. Polis daha əvvəl onunla birlikdə avtomobildə olan həyat yoldaşının xəsarət almadığını bildirib. Bu cütlük 2014-cü ildə onlardan Natalya Sadıkovaya qarşı cinayət işi açıldıqdan sonra Qazaxıstanın Aktobe şəhərindən Kiyevə köçüb. Aydos Sadıqov vətənində, deməsinə görə, siyasi motivlərlə cinayət təqibinə məruz qalıb. Ukraynada onlar qaçqın statusu alıblar. Keçən ilin payızında “Бәсе” YouTube kanalını idarə edən Aydos və Natalya Sadıkovları Qazaxıstan hakimiyyəti nifrətin qızışdırılması ittihamı ilə axtarışa verib. Silahlı basqına, hələlik, Qazaxıstan hakimiyyətinin rəsmi münasibəti bəlli deyil. AzadlıqRadiosu

Seçilən
177
xural.com

1Mənbələr